SOBSAN USTALAR BİRLİYİ
Sobsan Ustalar Birliyi boya və
kafel-metlax sahəsində öz işləri
ilə seçilən və daim özünü təkmilləşdirməyə çalışan ustaların
inkişaf platformasıdır. Məqsədimiz - bütün boya və kafel-metlax
ustalarını birliyə cəlb edərək praktiki təlimlərlə onların bacarıqlarını
daha da inkişaf etdirmək və sahələri üzrə ən son yeniliklərdən xəbərdar
etməkdir. Boya və kafel-metlax yapışdırıcılarından istifadə edən
hər bir usta Sobsan Ustalar Birliyinə üzv ola bilər. Birliyə üzv olan
ustalar il ərzində təşkil olunan təlim və seminarlarda iştirak edərək
ixtisaslaşmış mütəxəssislərdən bu peşənin sirlərinə dair bütün incəlikləri
öyrənə bilərlər. Həmçinin platforma üzərindən təcrübə, bilik və bacarıqlarını həmkarları ilə paylaşa bilər, maraqlı müzakirə və söhbətlərə qatıla bilərlər.
Platforma sözün əsl mənasında həm öyrədir, həm də qazandırır.