22 ildir fəaliyyət göstərən "Sobsan Boyaları"
müasir texnologiya ilə yüksək keyfiyyətdə
boya məhsulları istehsal edir. Yüksək keyfiyyətli
yapışdırıcılar, laklar, astar boyalar, daxili və
fasad boyaları, sənaye boyaları, kafel- keramika
yapışdırıcıları, su əsaslı boyalar, dekorativ boyalar,
gəmi boyaları, təmir-inşaat alətləri və ən əsası ekoloji
cəhətdən sağlam məhsullar istehsal edir. Məhsullar
ISO 9001:2015, ISO 45001:2018 standartlarına uyğun olaraq
istehsal edilir. İstehsal olunan məhsullar müasir avadanlıqlarla
təchiz olunmuş laboratoriyalarda sınaqdan keçirilərək müştərilərə
ən yaxşı formada təqdim olunur. Hər il yeni məhsullar istehsal etməyi
hədəf olaraq müəyyən edən Sobsan daha çox müştərilərin istək və tələbatı
əsasında yeni məhsullar yaradır. Məhsul istehsal edərkən ekoloji təsirlərin
nəzərə alınması işin əsas prinsipidir.
"Sobsan Boyaları" həmçinin də premium keyfiyyətdə dekorativ boyalar istehsal
edən ilk və tək yerli şirkətdir. 22 illik təcrübənin verdiyi gücə
dayanaraq dekorativ boya sahəsinə daim yeniliklər gətirən Sobsan həm
fasad, həm də daxili məkanlar üçün gözoxşayan, zərif görünüşü ilə
fərq yaradan boyalar istehsal edir. Dekorativ boyalar sərhədsiz rəng
seçimi və teksturası ilə yanaşı rütubətə davamlıdır və ekoloji cəhətdən zərərsizdir.
Bunlardan əlavə ilk dəfə "Sobsan Boyaları" ölkə ərazisində Almaniya istehsalı olan
“Rəngləndirmə Sistemi” vasitəsilə müştərilərinə qısa müddətə istədikləri rəngi əldə
etmə imkanı yaratdı. Demək olar ki, ölkə ərazisindəki bütün satış nöqtələrimiz bu
avadanlıqla təmin olunaraq müştərilərə həm vaxt , həm də maddi qənaət gətirdi.
Məqsəd müştərilərin qısa müddətə istədikləri rəngi əldə etmə imkanı yaradaraq
dəyişən və daim yenilənən ehtiyaclarını yüksək səviyyədə qarşılamaqdır.
Bu gün Azərbaycanın bütün regionları ilə yanaşı MDB və Orta Asiya ölkələrinə,
Yaxın Şərqə yüksək keyfiyyətli məhsullar ixrac olunur. Hədəfi daha böyük
satış bazarları olan Sobsan Boya, dövlətin dəstəyi ilə də ildən -
ilə xarici ölkələrdəki satış imkanlarını artırır.
"Sobsan Boyaları" olaraq ölkə daxilində qazandığımız güvən
və uğurları xarici ölkələrdə də Azərbaycan brendi adı altında
tanıtmağı özümüzə borc bilirik. Hər keçən gün daha da böyüyən
Sobsan 22 illik tarixində keçmişin təcrübəsi, işçilərin əzmi,
bugünün texnologiyası ilə sağlam addımlarla irəliləyir. Bu gün sektorun
önəmli şirkəti olan "Sobsan Boyaları" işçi sayı və gündən -
günə artan iş yeri imkanı və istehsal gücü ilə nəinki boya
sektorunda, bütövlükdə Azərbaycan sənaye müəssisələri arasında
önəmli yerə sahibdir. Şirkət olaraq hədəfimiz Azərbaycan
məhsulunu dünyada brend olaraq tanıtmaqdır.